...

Mübariz Əhmədoğlu: "Qazprom" Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmamalıdır

Siyasət Materials 17 Fevral 2015 13:42 (UTC +04:00)
Rusiyanın “Qazprom” şirkətinin idarə heyəti sədrinin müavini V.Qolubev Ermənistanda baş nazir O.Abramyanla tərəfdaşlığın inkişaf imkanlarını müzakirə etdi.
Mübariz Əhmədoğlu: "Qazprom" Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmamalıdır

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Rusiyanın "Qazprom" şirkətinin idarə heyəti sədrinin müavini V.Qolubev Ermənistanda baş nazir O.Abramyanla tərəfdaşlığın inkişaf imkanlarını müzakirə etdi. Həmsöhbətlər həm də energetika sahəsində ikitərəfli əməkdaşlığı və "Qazprom-Ermənistan" kompaniyasının fəaliyyətini müzakirə etdilər". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, "Qazprom-Ermənistan" kompaniyasının fəaliyyətində, Qazprom-Ermənistan münasibətlərində heç bir ciddi dəyişiklik yoxdur və gözlənilmir; hər şey qaydasına düşüb:

"Ermənistanda "Qazprom" və Rusiya qazının Ermənistana satışı ilə bağlı məsələlər müzakirə olunarkən "Qazprom"un ikinci şəxsi statusunda olan adam Ermənistana gəlmədi. O zaman müzakirələr çox kəskin keçdi. İndi sakit dövrdə V.Qolubevin Ermənistana səfər etməsi və onun yalnız baş nazir tərəfindən qəbul edilməsi V.Qolubevin missiyasının Ermənistanın xoşuna gəlməyən missiya olduğunu deməyə əsas yaradır. Bu istiqamətdə iki mövzu Ermənistanı hədsiz qıcıqlandırır. "Tex-"Stepanakert" qaz kəməri, "Qazprom-Ermənistan"nın və beləcə Rusiyanın mülkiyyətidir. "Qazprom" 2014-cü ilin payızında "Tex-"Stepanakert" kəmərini Ermənistan hökumətinin balansına keçirməyə cəhd etdi. Mülkiyyət mübadiləsi ilə bağlı ortaya mürəkkəb sxem qoyuldu".

M.Əhmədoğlunun sözlərinə görə, bu mürəkkəb sxem, hətta Vorotan SES-in ABŞ-a satılması müqaviləsinin ləğvi məsələsini aktuallaşdırmışdı:

"O zaman Ermənistan hökuməti bu sxemi qəbul etmədi. Beləliklə, bir daha deyirik ki, "Tex-"Stepanakert" qaz kəməri RF-in mülkiyyətidir. Bu kəmərin cəmi bir neçə yüz metrlik hissəsi Ermənistanın ərazisindədir. Kəmərin qalan hissəsi, bütün hüquq normalarına əsasən, Azərbaycana məxsus ərazilərdə yerləşir. RF-in bu mülkiyyətinin Azərbaycan ərazisində mövcudluğu ilə bağlı heç bir danışıqlar yoxdur və aparılmır. Beynəlxalq hüquq normalarına görə, bu, RF-nin Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərməsi kimi təfsir olunur. Eləcə də "Tex-"Stepanakert" qaz kəməri ilə nəql olunan qaz da RF-in mülkiyyətidir. Bu da beynəlxalq hüquq normalarına ziddir. Görünür, RF bu məsələləri indi araşdırmağa başlayıb. "Qazprom" idarə heyətinin sədr müavini V.Qolubevin Ermənistana səfərini bununla əlaqələndiririk".

Politoloq qeyd edib ki, amma "Qazprom"un bu məsələdə yubanması Rusiya-Azərbaycan münasibətlərinə zərər vurur.

M.Əhmədoğlu vurğulayıb ki, "Qazprom" diqqətlə baxsa, Azərbaycanın bu məsələyə reaksiya verdiyini görə bilər:

"Müəyyən dövrdən sonra digər addımlar atıla bilər. RF-in şimal regonlarını qazla etmək istəməməsi gələcəkdə Şimali Qafqazda təhlükəsizliyi təmin etmək istəməməsinədək böyüyə bilər. "Qazprom" Azərbaycan torpaqlarının işğalda qalması üçün işğalçıya siyasi, maliyyə və maddi dəstək verir. RF-in "Qazprom" şirkəti Azərbaycanın işğal olunmuş ərazilərindəki qaz kəmərinin və bu kəmərlə axan qazın mülkiyyət məsələlərinə aydınlıq gətirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti