Politoloq: "Gürcüstan faktiki olaraq Azərbaycana xəyanət etdi"

Politoloq: "Gürcüstan faktiki olaraq Azərbaycana xəyanət etdi"

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Rusiya hərbi maşınları Gürcüstan ərazisindən keçərək Ermənistana daxil oldu. Bunu Gürcüstanın Daxili İşlər Nazirliyi Gürcüstan vətəndaşının şəxsi kommersiya addımı kimi dəyərləndirdi. Guya RF-in Şimali Qafqaz regionundakı hərbi hissələrinin birində bu maşınlar istismar müddətini başa vurduğu üçün satışa çıxarılıb. Gürcüstan vətəndaşı bu maşınları alıb ehtiyat hissələri formasında Gürcüstanda satacaqdır". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi bu açıqlama heç bir tənqidə dözməyən səfsətədir: "Gürcüstan vətəndaşı hətta Rusiya ərazisində bəlli məbləğdən yuxarı soğan almaq ixtiyarına malik deyil. Gürcüstanda qüvvədə olan "işğal olunmuş ərazilər haqqında " qanun buna imkan vermir. Hərbi texnikanın isə növündən və istismar müddətindən asılı olmayaraq Gürcüstan vətəndaşı tərəfindən alınması qadağandır. Rusiya hərbi maşınları Daxili İşlər Nazirliyinin himayəsi ilə Gürcüstan ərazisinə daxil oldu. Yeni nazir Qomelauri keçmiş baş nazir B.İvanişvilinin Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş şəxsdir. RF hərbi maşınlarının Gürcüstanın ərazisinə daxil olması korrupsiya tutumundan daha çox siyasi tutuma malikdir".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərdə xroniki problemlər özünü kumulyativ formada göstərdi: "Gürcüstan heç bir zaman Azərbaycanın ərazi bütövlüyünə real dəstək verməyib. Verdiyi dəstək yalnız ritorik dəstək olub. O cümlədən, Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun Gürcüstana səfəri zamanı da Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili həmin ritorik fonu davam etdirdi. Gürcüstan Parlamentinin spikeri Ermənistanda səfərdə olarkən regional münaqişələrin tənzimlənməsi ilə bağlı səsləndirdiyi mövqe də Ermənistanın xoşuna gəlməyə hesablanmışdı. Beləliklə, Gürcüstan hətta ritorikadan imtina edib Ermənistanın mövqeyini dəstəkləməyə başladı. Normal məntiqlə Gürcüstanın balansı Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə pozmasının heç bir elmi, politoloji və iqtisadi əsası yoxdur. Hətta Gürcüstan fikirləşirsə ki, neft və qazının nəqlinə görə Azərbaycan Gürcüstandan asılıdırsa, bunun yalnız bir mənası var: Xəbislik. Çünki bununla Gürcüstan həm də özünün oturduğu gəmini deşir. Ümumiyyətlə, Gürcüstan rəhbərliyinin belə hərəkəti Azərbaycan neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən keçən hissəsinə daha böyük təhlükəni aktivləşdirir".

Onun sözlərinə görə, Rusiya Gürcüstanın daxilində istənilən qərbyönümlü layihəni dayandırmağa çox yaxındır. Bu zaman seçim Gürcüstandan deyil, Rusiyadan asılıdır: "NATO-nun Gürcüstandakı təlim mərkəzinin, yoxsa Bakı-Tbilisi-Ceyhanı ləğv etməyi Rusiya müəyyənləşdirəcəkdir. Bəlkə də bütün qərbyönümlü layihələrin reallaşdırılmasının qarşısını almağı düşünür? Hər-halda Gürcüstan hökumətinin indiki siyasəti yalnız əmin şəxslərin özlərinin şəxsi və siyasi ehtiyaclarının ödənilməsinə yönəlib. Bütün baş verənlər Gürcüstan dövlətçiliyini ciddi təhlükə altına qoyur. Təbii ki, Gürcüstanın rəhbərliyində olanlar bunu başa düşürlər. Onların fikrincə, Gürcüstan dövlətçiliyi Rusiya ilə Ermənistan arasında bölüşdürüləcəkdir. Nəzəri cəhətdən Gürcüstan dövlətçiliyinin dağılacağı təqdirdə bu ərazilərin bir qisminin Azərbaycan və Türkiyəyə çatması da mümkündür. Rusiyanın Gürcüstandakı aktivliyinin İvanişvili komandasının sanksiyası ilə başlamasının əlaməti ötən ilin sonlarında göründü. Poti Limanın 49%-lik səhm paketinin Gürcüstan vətəndaşı tərəfindən "Rosneft"ə satıldı. Həmin Gürcüstan vətəndaşı 2% -lik səhm paketini də "Rosneft"ə satacaqdır. Bir az qiyməti qaldırması mümkündür. Məsələ burasındadır ki, Gürcüstan hökuməti "işğal olunmuş ərazilər haqqında qanun"un tətbiqinə icazə vermədi.
Gürcüstan rəsmiləri səfsətə ilə Gürcüstan ərazisi vasitəsilə RF hərbi texnikasının Ermənistana getməsinin Gürcüstana və ya Azərbaycana təhlükə yaratmayacağını əsaslandıra bilərlər. Əslində, Gürcüstanın indiki rəhbərliyi ən böyük təhlükəni özləri üçün yaratdılar. Bu həm hərbi, həm də geosiyasi tutumlu təhlükədir. Rusiya Cənubi Osetiya ilə "Strateji Əməkdaşlıq Haqqında" müqavilə imzaladığı günlərdə öz hərbi texnikasını da Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərdi. Bununla da, Rusiya hökuməti Gürcüstan hökumətinin sındığını bütün dünyaya bəyan etdi. Vaxtilə rusiyalı ekspertlərdən biri Gürcüstan ərazilərinin bir qisminin işğal edilməsi ilə Ermənistanın Rusiyaya birləşdirilməsi planını mətbuata açıqlamışdı. İndi həmin planın reallaşmasında ciddi addım atıldı. B.İvanişvili - İ.Qaribaşvili cütlüyü dolayısı yolla Gürcüstan ərazilərinin işğalı hesabına Ermənistanla Rusiyanın coğrafi baxımdan birləşməsi planının reallaşmasına razılıqlarını bildirdilər".

Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Loading Bars
Xəbər lenti
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Bütün xəbərlər