...

Robert Sekuta: "Ümid edirik ki, bahar fəsli iki ölkə əlaqələrinə yeni nəfəs gətirəcək"

Siyasət Materials 18 Mart 2015 15:41 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Robert Sekuta: "Ümid edirik ki, bahar fəsli iki ölkə əlaqələrinə yeni nəfəs gətirəcək"

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən səfir Robert Sekuta bütün Azərbaycan xalqını təbrik edib.

Diplomat deyib ki, Novruz yeni həyat, yenilənmə, canlanma bayramıdır: "Ümid edirik ki, bahar fəsli iki ölkə əlaqələrinə yeni nəfəs gətirəcək".

Diplomat ABŞ və Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, demokratiya, qanunun aliliyi sahəsində əməkdaşlıq etdiyini xatırladaraq, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduqlarını vurğulayıb.

Daha sonra tədbir bayram proqramı ilə davam edib. Azərbaycanlı muğam və estrada ifaçıları, rəqs qrupları rəngarəng nömrələr təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti