...

Çexiyada Azərbaycana dair sərgi açılıb (FOTO)

Siyasət Materials 24 Mart 2015 10:27 (UTC +04:00)
Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin himayəsi altında və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin iştirakı və dəstəyi ilə Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.
Çexiyada Azərbaycana dair sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin himayəsi altında və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin iştirakı və dəstəyi ilə Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycanın Çexiyadakı Səfirliyindən Trend-ə bildiriblər ki, açılış mərasimində Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev, Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip, Avropa Parlamentinin Çexiyadan olan üzvü Yan Zahradil və Azərbaycan-Avropa Cəmiyyətinin direktoru Lionel Zetter çıxış edərək, iki ölkə arasındakı mövcud münasibətlərin müxtəlif aspektləri, o cümlədən mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluq ifadə ediblər.

Tədbirdə Çexiya Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra, Azərbaycan-Avropa Cəmiyyətinin Mədəniyyət Məsələləri Şurasının üzvü, tanınmış skripka ifaçısı Sabina Rakçeyevanın ifasında Azərbaycan və dünya klassik əsərlərindən ibarət musiqi parçaları canlı ifa edilib və tədbir iştirakçılarının alqışlarına səbəb olub. Eyni zamanda, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

Sərginin keçirildiyi zallarda Azərbaycanın zəngin mədəniyyəti, insanların həyat tərzini nümayiş etdirən müxtəlif foto-şəkillər tədbirə gələn qonaqların böyük marağına səbəb olmuşdur.

Sərgiyə gələn iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, məlumat kitabçaları və broşürlər təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti