...

Britaniyanın Bakıdakı səfirliyi Pasxa bayramında işləməyəcək

Siyasət Materials 31 Mart 2015 16:09 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, eləcə də viza mərkəzi Pasxa bayramı ilə əlaqədar aprelin 3-6-da bağlı olacaq.
Britaniyanın Bakıdakı səfirliyi Pasxa bayramında işləməyəcək

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, eləcə də viza mərkəzi Pasxa bayramı ilə əlaqədar aprelin 3-6-da bağlı olacaq. Trend-in məlumatına görə, bu barədə səfirliyin "Facebook" səhifəsində deyilir.

Səfirlik və mərkəz işini aprelin 7-də bərpa edəcək.

Fransanın Bakıdakı səfirliyi və konsulluq şöbəsi isə yalnız aprelin 6-da bağlı olacaq. Bunu Trend-ə səfirlikdən bildiriblər.

ABŞ-ın Bakıdakı səfirliyi bayram günlərində adi rejimdə işləyəcək. Bunu Trend-ə bu ölkənin diplomatik nümayəndəliyindən deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti