Azərbaycan, Bakı, 29 aprel /Trend/
III Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin müzakirə edildiyi çox əhəmiyyətli məkandır.Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə bildiriblər ki, bu fikir aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumunda iştirak edən nüfuzlu dövlət və hökumət başçılarının, siyasətçilərin və tanınmış ictimai xadimlərin çıxışlarında dönə-dönə vurğulandı. Onlar iki gün ərzində Bakıda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı ciddi narahat edən məsələləri - etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışları geniş müzakirə etdilər, bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi apardılar. Xüsusi vurğulanmalıdır ki, bu liderlərin müasir dünyanın nizamı barədə baxışları onların zəngin bilikləri və təcrübələrinə əsaslanır.
Önəmli amillərdən biri də odur ki, Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı ilbəil artır. III Qlobal Bakı Forumunda dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimdəki nitqində deyib: "Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək".
Azərbaycan Prezidentinin dediyi kimi, bu Forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adları aşağıda qeyd olunan yüksək səviyyəli qonaqlara III Qlobal Bakı Forumunun işində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirir.
|
Valdis Zatlers |
Latviyanın Prezidenti (2007-2011) |
|
Andres Pastrana |
Kolumbiyanın Prezidenti (1998-2002) |
|
Peter Medeşi |
Macarıstanın Baş naziri (2002-2004) |
|
Emil Konstantinesku |
Ruminiya Prezidenti(1996-2000) |
|
Dalia İtzik |
İsrailin Prezidenti (2007) |
|
Viktor Yuşşenko |
Ukrayna Prezidenti (2005-2010) |
|
İsmail Serageldin |
İsgəndəriyyə Kitabxanasının direktoru |
|
Vayra Vike-Freyberqa |
Latviya Prezidenti (1999-2007) NGBM-nin həmsədri |
|
Butros Butros-Qali |
BMT-nin baş katibi 1992-1996 |
10. |
Əbdüləziz Əl Tüveycri |
İSESCO-nunbaş direktoru |
11. |
İvo Yosipoviç |
Xorvatiya Prezidenti(2010-2015) |
12. |
Boris Tadiç |
Serbiyanın Prezidenti (2004-2012) |
13. |
Həmid Kərzai |
Əfqanıstan Prezidenti (2004-2014) |
14. |
Xorxe Kiroqa |
BoliviyaPrezidenti(2001-2002) |
15. |
Linda Lanzillotta |
Senatın vitse-prezidenti, İtaliya |
16. |
Rosen Plevneliyev |
Bolqarıstan Respublikasının Prezidenti |
17. |
Mohamed E.M.Dayri |
Liviyanın beynəlxalq əməkdaşlıq və xarici işlər naziri |
18. |
Abdullah Gül |
Türkiyənin Prezidenti (2007-2014) |
19. |
Ekmələddin İhsanoğlu |
İslam Konfransı Təşkilatının Baş katibi (2004-2014) |
20. |
Leonid Kuçma |
Ukraynanın Prezidenti(1994-2005) |
21. |
Vatslav Klaus |
Çexiyanın Prezidenti (2003-2013) |
22. |
Jan Fişer |
Çexiyanın Baş naziri (2010-2011) |
23. |
Jan Omer Beriziki |
Madaqasqarın Baş naziri(2011-2014) |
24. |
Cozef Muskat |
Maltanın Baş naziri |
25. |
Yukio Hatoyama |
Yaponiyanın Baş naziri (2010-2011) |
26. |
Petar Stoyanov |
Bolqarıstanın Prezidenti (1997-2002) |
27. |
Oskar Ribas |
Andoranın Baş naziri (1982-1984) |
28. |
Ceyms Mançam |
Seyşel adalarının Prezidenti (1976-1977) |
29. |
Radu Al Romaniei |
Rumıniya şahzadəsi |
30. |
Stepan Mesiç |
Xorvatiyanın Prezidenti (2000-2010) |
31. |
Hikmet Çetin |
Türkiyənin xarici işlər naziri (1991-1994) |
32. |
Lothar De Maiziere |
Şərqi Almaniyanın Baş naziri 1990 |
33. |
Filip Dimitrov |
Bolgarıstanın Baş naziri (1991-1992) |
34. |
Zlatko Laqumciya |
Bosniya və Herseqovinanın Baş naziri (2001-02), xarici işlər naziri, Baş nazirin müavini |
35. |
Sali Berişa |
Albaniya Prezidenti(1992-1997) |
36. |
Aleksandr Kvasnevski |
Polşa Prezidenti (1995-2005) |
37. |
Yaroslava Yermanova |
Cex Respublikasının vitse-spikeri |
38. |
Leonid Kravçuk |
Ukraynanın Prezidenti (1991-1994) |
39. |
Taher Masri |
İordaniyanın Baş naziri (1991) |
40. |
StanislavŞuşkeviç |
Belarusdövlətinin başçısı (1991-1994) |
41. |
Mark Mediş |
Prezident Klintonun Ukrayna, Rusiya, Avrasiya üzrə keçmiş məsləhətçisi |
42. |
Bertie Ahern |
İrlandiyanın Baş naziri (1997-2008) |
43. |
Petru Luçinski |
Moldova Prezidenti(1997-2001) |
44. |
George Papandreou |
Yunanıstanın Baş naziri (2009-2011) |
45. |
George İvanov |
Keçmiş Yuqaslaviya Makedoniya Respublikasının Prezidenti |
46. |
Georgi Pırvanov |
Bolqarıstanın Prezidenti (2002-2012) |
47. |
Luka Bebic |
Xorvatiya parlamentinin sədri (2008-2011) |
48. |
Massimo Dalema |
İtaliyanın Baş naziri (1998-2000) |
49. |
Recep Meydani |
Albaniyanın Prezidenti (1997-2002) |
50. |
Dora Bakoyannis |
Yunanıstanın xarici işlər naziri (2006-2009) |
51. |
JanKreten |
Kanadanın Baş naziri (1993-2003) |
52. |
Olusequn Obasanjo |
Nigeriyanın Prezidenti (1976-79; 1999-2007) |
53. |
Danilo Turk |
Sloveniyanın Prezidenti (2007-2012) |
54. |
Arnold Rüütel |
Estoniya Prezidenti (2001-2006) |
55. |
Əmr Musa |
Ərəb Liqasının Baş katibi (2001-2011) |
56. |
İveta Rodiçova |
Slovakiyanın Baş naziri ( 2010-2012) |
57. |
Franko Frattini |
İtaliyanın Xarici İşlər naziri (2002-2004; 2008-2011) |
58. |
Vytautas Landsbergis |
Litvanın Prezidenti (1990-1992) |
59. |
Herman De Kroo |
Belçika Krallığının keçmiş naziri |
60. |
Dumitru Braqhis |
Moldovanın Baş naziri (1999-2001) |
61. |
Amine Gemayel |
Livanın Prezidenti (1982-1982) |
62. |
Rosalia Arteaga |
Ekvadorun Prezidenti(1997) |
63. |
Mirko Cvetkovic |
Serbiyanın Baş Naziri(2008-2014) |
64. |
Luis Alberto Lakalle |
Uruqvayın Prezidenti(1990-1995) |
65. |
Mixeil Saakaşvili |
Gürcüstan Prezidenti (2004-2013) |