...

Səfir: Azərbaycanda rus dili ilə bağlı problem yoxdur

Siyasət Materials 21 May 2015 19:03 (UTC +04:00)
Azərbaycanda rus dili ilə bağlı problem yoxdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı uğurla fəaliyyət göstərir, bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzaladı.
Səfir: Azərbaycanda rus dili ilə bağlı problem yoxdur

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanda rus dili ilə bağlı problem yoxdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı uğurla fəaliyyət göstərir, bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzaladı.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın böyük ali məktəblərinin iki filialı olacaq ki, bu da iki ölkə arasında humanitar sahədə çox yaxşı əlaqələrdən xəbər verir: "Gənclərimizin yaxşı təhsil almaları vacibdir. Bu bizim gələcəyimizdir".

P.Bülbüloğlu qeyd edib ki, Azərvaycan və Rusiya eyni coğrafi məkanda yerləşir və qonşudurlar: "İki ölkə təkcə sovet dövründə deyil, Çar Rusiyası zamanında da bir yerdə olub. Biz mental, iqtisadi, siyasi baxımından yaxınıq. Hazırda iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrdə heç bir ciddi problem yoxdur. Ölkələr beynəlxalq arenada fəal əməkdaşlıq edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti