...

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 11 İyun 2015 11:08 (UTC +04:00)
Bu gün bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiya iştirakçıları "İngiltərə, ikili standartlardan əl çək!", "İngiltərə, ermənilərlə iş birliyin mübarək!", "London platformasının insan hüquqlarına nə aidiyyatı?!", "Azərbaycanda zor yox, hüquq işləyir!" və digər şüarlar səsləndiriblər.

Aksiyanın sonunda qətnamə oxunub. Qətnamə səfirliyə təqdim olunub. Qətnamədə Azərbaycana qarşı ikili standartlardan əl çəkilməsi tələb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti