...

Azərbaycanın Türkiyədəkı səfirliyində Silahlı Qüvvələr günü ilə bağlı qəbul keçirilib (FOTO)

Siyasət Materials 27 İyun 2015 14:01 (UTC +04:00)
İyunun 26-da Azərbaycanın Türkiyədəkı səfirliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul həyata keçirilib.
Azərbaycanın Türkiyədəkı səfirliyində Silahlı Qüvvələr günü ilə bağlı qəbul keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyunun 26-da Azərbaycanın Türkiyədəkı səfirliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah rəisinin müavini Yaşar Gülər və Türkiyənin Hava Qüvvələri Komandanı Ordu Generalı Akın Öztürk başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin 41 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq Səfirləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.

Sonra Azərbaycanın Türkiyədəki səfirliyinin Hərbi Attaşesi Polkovnik İlyas İbrahimov çıxış edərək qonaqları salamlayıb, ölkəmizdə ordu quruculuğunun tarixindən söz açıb, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkəmizin ordu quruculuğu prosesində yeni bir mərhələyə qədəm qoyduğunu, bu siyasətin Azərbaycan Prezidenti Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordularından birinə çevrildiyini diqqətə çatdıraraq, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında qonaqları ətraflı şəkildə məlumatlandırıb.

Sonra Türkiyənin müdafiə naziri İ.Yılmaz çıxış edib. Türk rəsmisi çıxışında Azərbaycanın Türkiyənin Qafqazdakı strateji müttəfiqi olduğunu qeyd edərək, hərbi sahədəki mövcud əməkdaşlığın iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrildiyini vurğulayıb.

Sonra Azərbaycan musiqilərinin sədaları altında qonaqlara ziyafət verilib.

Tədbirdə Türkiyə Prezidentinin baş katibi Fahri Kasırga, İnkişaf naziri Cəvdət Yılmaz və Ədalət və İnkişaf Partiyasının millət vəkili Nəcdət Ünüvarın tədbirə ünvanladıqları mesajları oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti