...

Prezident İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi təbrik edib

Siyasət Materials 11 İyul 2015 16:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi ölkənin milli bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi təbrik edib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi ölkənin milli bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti