Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Anaxanım Hidayətova/
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popovun (Rusiya) bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarovla görüşü keçiriləcək.
Trend-in məlumatına əsasən, bu barədə amerikalı həmsədr özünün Tvitter səhifəsində yazıb.
C.Uorlik bildirib ki, tərəflər hazırdırlarsa və qətiyyət göstərərlərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür.