...

Qətər Əmiri Bakıya gəlir: sazişlər imzalanacaq

Siyasət Materials 27 İyul 2015 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Səba Ağayeva/

Qətər Əmiri Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, səfər avqustun 5-6-na planlaşdırılır.

Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Danışıqların yekunlarına əsasən təhsil, İKT və digər sahələr üzrə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti