Azərbaycan, Bakı, 13 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".