Azərbaycan, Bakı, 26 avqust /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir D.Stav etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.
Səfir D.Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir E.Məmmədyarov səfir D.Stava diplomatik fəaliyyətində uğurlar arzu edib.