Azərbaycanda yaşayış yeri üzrə arayış almaq problemi birdəfəlik həll olunur

Azərbaycanda yaşayış yeri üzrə arayış almaq problemi birdəfəlik həll olunur

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, daxil olan məlumatların təhlili göstərir ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir. Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.

Bildirilir ki, elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaqdır.

Dövlət başçısı dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində aşağıdakı qaydalara riayət olunması təmin edilsin:

- arayışın "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi;

- arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması;

- arayışın vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron lisenziya" portalının yaradılmasını təmin etməlidir.

Bundan başqa, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında aşağıdakı məzmunda 5.6-1-ci və 5.11-1-ci bəndlər əlavə edilir:

"5.6-1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

5.11-1. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;";

5.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 5.17-ci bənd əlavə edilir:

"5.17. taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı"nın verilməsi.";

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə aşağıdakı məzmunda 3.1.7-3-cü yarımbənd əlavə edilir:

"3.1.7-3. mərkəzlərdə xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyən etmək;";

Daxili İşlər Nazirliyinə bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etmək; bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xidmətin "ASAN xidmət" mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etmək tapşırılıb.

Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin edəcək.

Nəqliyyat Nazirliyi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə "Fərqlənmə nişanı"nın verilməsi xidmətlərinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görmək; dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Prezidenti Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının üç ay müddətində bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Loading Bars
Xəbər lenti
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO)
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO)
İranla sərhəd xətti minalardan təmizlənir
Azərbaycan nefti bahalaşıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya edib
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (VİDEO)
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qalırdığı bir sıra vacib məsələlərin həllinə nail oldu (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Bütün xəbərlər