...

Vitse-spiker: Sergey Lavrovun Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına təsir göstərir

Siyasət Materials 2 Sentyabr 2015 12:31 (UTC +04:00)
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri istənilən halda ikitərəfli və regionu narahat edən məsələlərə aiddir”.
Vitse-spiker: Sergey Lavrovun Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına təsir göstərir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri istənilən halda ikitərəfli və regionu narahat edən məsələlərə aiddir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova S.Lavrovun Azərbaycana səfəri ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlara şərh verməyə lüzum görmədiyini deyib: "Mən o məlumatlarla bağlı fikir və şərh verə bilmərəm. Düşünürəm ki, bunlar ehtimallardır. Bu gəliş, görüşlər və orada müzakirə olunan məsələlər iki ölkənin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşmasına və bu münasibətlərin regionun inkişafına yönəlməsinə təsir göstərən məsələlərdir".

Qeyd edək ki, bəzi mətbuat orqanları S.Lavrovun Azərbaycana səfərini Rusiyanın Azərbaycana təsir imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti