...

İlham Əliyev Makedoniya Prezidentini təbrik edib

Siyasət Materials 7 Sentyabr 2015 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Makedoniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Makedoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti