...

Azərbaycanda 665 nəfər deputatlığa namizədlik üçün müraciət edib

Siyasət Materials 16 Sentyabr 2015 16:26 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 665 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Azərbaycanda 665 nəfər deputatlığa namizədlik üçün müraciət edib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 665 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov bildirilib.

Bunlardan 338 nəfəri siyasi partiya, 25 nəfəri siyasi blok, 2 nəfəri təşəbbüs qrupu, 300 nəfəri öz təşəbbüsü ilə namizədliklərini irəli sürüb.

İclasda həmçinin bildirilib ki, 399 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.

O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 95 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.

Bundan başqa, iclasda MSK-nın 12 sentyabr 2015-ci il tarixli iclas protokolu təsdiq edilib.

Daha sonra bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, "Azadlıq-2015" siyasi partiyalar blokunun 18, Azərbaycan Demokratik İslahatlar Partiyasının isə 5 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti