Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:
Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır. Bunu Azərbaycandan siyasi sığınacaq istəmiş Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda kecirilən mətbuat konfransında deyib.
O bildirib ki, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır".
Vaan Martirosyanın Bakıda söylədikləri yenilik deyil. Dünya ictimaiyyətinıə artıq çoxdan bəllidir ki, ermənilər Dağlıq Qarabağda qanunsuz hərbi birləşmələr, terrorçu qruplar yaradır, formalaşdırır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunmasından uzun zaman keçib. İşğal faktı reallaşdırıldıqdan sonra Dağlıq Qarabağ ərazisi faktiki olaraq nəzarətsiz bir məkana çevrilib.
Bu bölgəyə ayrı-ayrı ölkələrdən - Suriya, Livan və digər yerlərdən "ASALA" terror təşkilatı vasitəsilə muzdlular gətirilir. İşğalçı ölkə Ermənistan Azərbaycanın nəzarətsiz qalan ərazilərində terrorçu qruplaşmaların, muzdluların formalaşmasını həyata keçirir.
Bu gün nəzarətsiz qalan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilər tərəfindən qanunsuz silahlar toplanılıb. Qeyd etdiklərimin məntiqi nəticəsi isə odur ki, Azərbaycanın işğal altında olan əraziləri bu gün faktiki olaraq terrorçu qrupların hazırlanması üçün bazadır. Orada hazırlanan terrorçular isə bütün dünyaya, o cümlədən Avropanın ayrı-ayrı ölkələrinə yayılırlar. Sözügedən ərazilərdə eyni zamanda, narkotik maddələrin dövriyyəsi də həyata keçirilir.
Bu gün aktuallığını bir çox məsələlərdən, problemlərdən önə çıxarmış bir vacib nüansı qeyd etməyi çox önəmli hesab edirəm. Ermənilərin Dağlıq Qarabağda terror mərkəzini formalaşdırması hazırda tək bizim problemimiz deyil, bütövlükdə dünyanın problemidir. Çünki yaranan mövcud durumun ağırlığı artıq Azərbaycana toxunmaq məcrasından çıxıb. Məhz bu baxımdan yalnız nəzarətsiz ərazilərin aradan qaldırılması və münaqişələrin ədalətli şəkildə həll olunması sözügedən problemin həllinə gətirib çıxara, reallaşan təhlükəni aradan qaldıra bilər. Münaqişə ocaqları aradan qaldırılmazsa, həll olunmazsa, sözügedən problemin kökünün bu torpaqlarda kəsiləcəyinə bel bağlamaq sadəlövhlük olardı.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Avropa və bütövlükdə bütün dünya üçün təhlükə potensialı olan terrorçu qrupların hazırlanması, formalaşdırılması artıq danılmaz gerçəklikdir. Bu qrupların arxasında isə hər kəsin başına corab hörməkdə mahir usta və genetik kodla hiyləgərliyin daşıyıcıları olan ermənilərin day-dayıları - erməni lobbisi dayanır. Erməni lobbisi məqsədli və düşünülmüş şəkildə məhz Azərbaycanın işğal altında olan ərazilərində bu qrupları saxlayırlar. Bir növ zamanı gəldikdə təhdid vasitəsi olaraq dövrəyə buraxmaq üçün...
"ASALA"erməni terror təşkilatının Dağlıq Qarabağda təlim düşərgələrinə malik olması haqqında məlumatlar müxtəlif zamanlarda səsləndirilib. Livandan olan terrorçu qrupların işğal olunmuş Azərbaycan ərazilərində hazırlanması və onlara təlim keçilməsi haqqında olan məlumatların qeyd olunmasını da deyilənlərə əlavə etmək olar.
Dünya Dağlıq Qarabağın Azərbaycanın və beynəlxalq aləmin nəzarətindən kənarda qalan və bu səbəbdən çox təhlükəli terrorçuların hazırlandığı ərazi olduğunu nəhayət ki, çox gec də olsa fərqinə varmalıdır. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ciddi addımlar atmağın vaxtı isə zənnimcə, çoxdan keçib. Əks halda, qeyd etdiyimiz qanunsuz hərbi qruplaşmaların bütün dünyanın baş ağrısına çevriləcəyi ehtimalı çox yüksəkdir.
Bəzi məlumatlarda qeyd olunur ki, nəzarətsiz ərazilərdə narkobaronlar var, Avropaya ötürülən narkotik maddələrin bir çoxu ermənilərin işğalı altındakı ərazilərdə yetişdirilir. Ermənilərin Dağlıq Qarabağı işğalda saxlaması Avropanın özünün gələcəyini terrorla təhdid edir və narkotiklə zəhərləyir. İkili standartlarla yanaşmalardan çıxa bilməyən NATO, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar isə nəhayət ki, anlamalıdırlar ki, bu günün ciddi təhlükələrindən biri ermənilərin işğalı altında olan Azərbaycan ərazilərindən gəlir.
Həmin ərazilərin erməni işğalından azad olunması və Azərbaycan dövlətinin rəsmi nəzarəti altına keçməsi üçün ciddi tədbirlər görülməlidir. Ərazilər işğaldan azad olunanadək isə həmin əraziyə ciddi nəzarət həyata keçirilməlidir. Əks halda, Dağlıq Qarabağda hazırlanıb ixrac olunan narkotik və terrorçular Avropanın, elə Amerikanın özünün ciddi probleminə çevriləcək.
Görünən dağa bələdçi lazım deyil. Fakt faktlığında qalır. Ermənilərin törətdiklərinə illərlə bilərəkdən davamlı şəkildə göz yumanlar indi onların təhdid vasitələri ilə üz-üzədirlər. Belədə isə iki yol var - ya yol çox gec olmadan düyməyə basılıb ədalət bərpa olunmalı və təhlükələr aradan qaldırılmalıdır, ya da çəkicin ağır tərəfi birinci elə onu tutan ələ dəstək verən ikiüzlülərin başına dəyəcək...
Yol yaxınkən ayılmaq zamanıdır, sözüm özünü dost göstərib düşmən dəyirmanına su tökənlərədir...