...

Bahar Muradova: Hər kəs atılan bu ciddi addımlardan nəticə çıxarmalıdır

Siyasət Materials 21 Oktyabr 2015 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bir qayda olaraq, cənab Prezident İlham Əliyev prezidentliyi dövründə xalqın və dövlətin milli maraqlarına uyğun olmayan mövqe sərgiləyənlərə qarşı hər zaman qətiyyətli mübarizə aparıb və biz də bunun nümunələrini faktlarla söyləyə bilərik". Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Prezident İlham Əliyev dövlət idarəçiliyində, ayrı-ayrı qurumların fəaliyyətində, vətəndaşlara xidmət sahəsində, vətəndaşların maraq və mənafelərinin qorunmasına cavabdeh olan qurumların və şəxslərin fəaliyyətində hər hansı nöqsanlı cəhətə qarşı barışmazdır: "Bu barışmazlığı da cənab Prezident öz fəaliyyətində, konkret qəbul etdiyi qərarlarda və münasibətində göstərir. Bu onu sübut edir ki, cənab Prezident hər bir vətəndaşın prezidenti olmaq, nöqsanlara qarşı barışmaz olmaq, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər şeydən üstün tutmaq vədinə sadiqdir və bunun üçün də lazım gəldiyi tədqirdə sərəncamlar, fərmanlar imzalamaq və Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət etmək kimi addımlar atır".

Vitse spiker bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında çıxışı zamanı bir çox məsələlərə toxundu, vətəndaşları narahat edən problemlərlə bağlı qəti mövqeyini bildirdi: "Bu münasibətdən sonra da dərhal konkret addımlar atılmağa başlandı və cənab İlham Əliyev öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi".

B.Muradova deyib ki, hər kəs bu mövqedən, atılan bu ciddi addımlardan nəticə çıxarmalı, hər kəs öz fəaliyyətinə diqqət etməli, nöqsanları vaxtında müəyyənləşdirərək aradan qaldırmalıdır ki, onun haqqında da müvafiq tədbirlərin görülməsinə ehtiyac qalmasın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti