...

Azərbaycanla UNEP arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 27 Oktyabr 2015 17:01 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusiki qəbul edib.
Azərbaycanla UNEP arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusiki qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə UNEP ilə ölkəmiz arasındakı əməkdaşlıq və bu çərçivədə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və onun Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi istiqamətində atılan addımlar, Katibliyin fəaliyyətinin təşkili, UNEP-in bu məsələlərdə iştirakı, eləcə də sözügedən Konvensiyanın növbəti 6-cı Tərəflər Konfransının Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti