...

Siyavuş Novruzov: Müəyyən qüvvələr Azərbaycanı bəzi ərəb ölkələrinin vəziyyətinə salmaq istəyirlər

Siyasət Materials 29 Oktyabr 2015 17:12 (UTC +04:00)
Müəyyən daxili və xarici qüvvələrin Azərbaycanın demokratik imicinə zərbə vurmaq cəhdləri əbəsdir.
Siyavuş Novruzov: Müəyyən qüvvələr Azərbaycanı bəzi ərəb ölkələrinin vəziyyətinə salmaq istəyirlər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Müəyyən daxili və xarici qüvvələrin Azərbaycanın demokratik imicinə zərbə vurmaq cəhdləri əbəsdir. Trend-in məlumatına görə, bunu deputatlığına namizəd, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində bəzi qərəzli dairələrin Azərbaycanın demokratik ölkə imicinə kölgə salmağa çalışması məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib: "O qüvvələr Azərbaycan haqqında mənfi fikirlər səsləndirməklə ölkəmizdə sabitliyi pozmağa və öz maraqlarını təmin etməyə çalışırlar. Yəni bizi də bəzi ərəb ölkələrinin vəziyyətinə salmaq istəyirlər. Bu planları baş tutmayanda isə demokratiya və insan hüquqları amilindən bəhanə kimi istifadə edirlər".

S.Novruzov bildirib ki, bütün dünya demokratiya və insan hüquqları problemlərinin harada olduğunu yaxşı bilir: "Əgər ədalətlidirlərsə, həmin problemləri həll etsinlər. Azərbaycanın bir milyondan çox vətəndaşının öz torpağında yaşamaq hüququ işğalçı Ermənistan tərəfindən pozulub. İnsan hüquqları "təəssübkeşləri", ilk növbədə, bu insanların haqlarını bərpa etməsinə kömək etsinlər. Əks halda, başqa ittihamların heç bir əsası yoxdur və onlar öz məkrli məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti