...

Bakıda Türkiyə Respublikasının elan edilməsinin 92-ci ildönümü qeyd olunub

Siyasət Materials 29 Oktyabr 2015 19:54 (UTC +04:00)
Bu gün Bakıda Türkiyə Respublikasının elan olunmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.
Bakıda Türkiyə Respublikasının elan edilməsinin 92-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda Türkiyə Respublikasının elan olunmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qonaqları salamlayaraq bugünkü tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Səfir vurğulayıb ki, bu milli bayramın qardaş Azərbaycanda qeyd edilməsi böyük şərəfdir.

İ.A.Çoşqun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbriklərini çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını təbrik edib. O bildirib ki, Türkiyə Respublikası hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib.

A.Şərifov qeyd edib ki, tarix boyu Türkiyə həmişə Azərbaycanın yanında olub və müstəqillik illərində də Azərbaycanın dövlət quruculuğu istiqamətində atdığı bütün addımlara böyük dəstək göstərib: "Türkiyə ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində də həmişə Azərbaycanın yanında olub və ölkənin haqq səsinin dünyaya çatdırılmasında böyük dəstək göstərib".

O, əlavə edib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq uğurla davam edir və bundan sonra da inkişaf edəcək.

A.Şərifov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 30 faizdən çoxu Türkiyənin payına düşür: "Azərbaycanla Türkiyə iri nəqliyyat layihələri icra edir. Bunlardan ən böyüyü isə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. Bu dəmiryolun işə düşməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti