...

Prezident Administrasiyası: G20 sammitinin təxirə salınmasından söhbət gedə bilməz

Siyasət Materials 14 Noyabr 2015 12:30 (UTC +04:00)
Fransada bir neçə terror aktının törədilməsindən sonra təhlükəsizliyi nəzərə alaraq G20 ("Böyük iyirmilik") sammitinin təxirə salınmasından söhbət gedə bilməz.
Prezident Administrasiyası: G20 sammitinin təxirə salınmasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Fransada bir neçə terror aktının törədilməsindən sonra təhlükəsizliyi nəzərə alaraq G20 ("Böyük iyirmilik") sammitinin təxirə salınmasından söhbət gedə bilməz. Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

Administrasiyadan bildiriblər ki, noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək G20 sammitinin təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb.

Qeyd olunub ki, Parisdə baş vermiş terror aktları təkcə Fransaya qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib.

Türkiyədə G20 sammiti zamanı təhlükəsizliyi 12 mindən çox polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti