...

Deputat: Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda çox mühüm məsələlərə toxundu

Siyasət Materials 22 Yanvar 2016 14:38
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada çıxışı zamanı çox mühüm məsələlərə toxundu.
Deputat: Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda çox mühüm məsələlərə toxundu

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı" mövzusunda sessiyada çıxışı zamanı çox mühüm məsələlərə toxundu.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, çıxışı zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilən ən mühüm məsələlərdən biri o idi ki, bu gün dünyada qlobal iqtisadi böhran yaşanmaqdadır və Azərbaycan üçün ən mühüm məsələ bu böhranın doğurduğu ağır nəticələrdən maksimum az itkilərlə çıxmaqdır.

E.Nəsirov bildirib ki, yeni reallıq ilk növbədə qeyri-neft sektoruna diqqətin daha da artırılmasını, xüsusilə də qeyri-neft məhsullarının dünya bazarına çıxarılması məsələlərini gündəmə gətirir: "Azərbaycanın qeyri-neft sektorunun məhsullarının rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilməlidir. Bu məsələlər çox böyük əhəmiyyət kəsb edir və Prezident İlham Əliyev çıxışında bu məsələlərə böyük diqqət ayırdı".

E.Nəsirov vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə geniş potensialı var: "Azərbaycan son 10 il ərzində 300 faizlik iqtisadi inkişafa nail olub, yoxsulluq və işsizliyin səviyyəsini 5 faizə endirə bilib, eyni zamanda, qeyri-neft sektorunun ümumdaxili məhsulda payı 70 faizə gəlib çatıb və ölkəmizin xarici borcu ümumdaxili məhsulda 12 faizdir. Bu isə çox yaxşı nəticədir".

Deputat bildirib ki, dövlət başçısı çıxışında Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin olduğunu qeyd edib: "Xarici investorların Azərbaycana investisiya qoyması üçün həm geniş hüquqi baza var, həm də son zamanlar bu istiqamətdə çox ciddi addımlar atılıb. Azərbaycan dövləti indiki reallığı nəzərə alıb xarici investisiyaların cəlb edilməsi məsələsinə xüsusi önəm verir və bu baxımdan da Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsində ölkənin hansı imkan və potensiala malik olduğunu dünyanın biznes-iqtisadi elitasına çatdırmaq üçün çox yaxşı imkandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti