Bakı. Elçin Mehdiyev - Trend:
"Qanuna edilən dəyişikliyə görə, dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar hesabat verməlidir. Ancaq təəssüflər olsun ki, bu gün bəzi siyasi partiyalar hesabat vermir".
Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bəzi partiyalar hesabat yerinə ağ kağız göndərirlər ki, guya bunların heç bir maliyyəsi olmayıb: "Ancar partiya sədrinin 4-5 cangüdəni var və bahalı maşınlarda gəzir. Bəs maliyyəsi yoxdursa, bunlar haradandır?"
S.Novruzov bildirib ki, bunları aradan qaldırmaq və şəfafflığı təmin etmək məqsədilə rəhbərlik etdiyi komitə "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik hazırlayır.