...

PA rəsmisi: Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün müvafiq tədbirlər görülüb

Siyasət Materials 17 Fevral 2016 16:25 (UTC +04:00)
Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün artıq müvafiq tədbirlər görülüb.
PA rəsmisi: Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün müvafiq tədbirlər görülüb

Bakı. Elçin Mehdiyev - Trend:

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün artıq müvafiq tədbirlər görülüb. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" adlı tədbirdə deyib.

Ç.Əsgərov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzçü Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

O, qeyd edib ki, Azərbaycan İnsan hüquqları ilə bağlı Konvensiyaya tərəfdar çıxdıqdan dərhal sonra vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsinin imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri üməyyən edilib.

Ç.Əsgərovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib: "Bu ərizələr arasında Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti