...

Azərbaycan deputatları Almaniyada səfərdədirlər

Siyasət Materials 10 May 2016 19:32 (UTC +04:00)
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.
Azərbaycan deputatları Almaniyada səfərdədirlər

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.

Trend Milli Məclisin saytına istinadən məlumat verir ki, nümayəndə heyəti Bundestaqda bir sıra komitələrin rəhbərliyi, Elm və Siyasət Fondunun ekspertləri, Cənubi Qafqaz Dostluq Qrupunun sədri, Almaniyanın kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili və digər şəxslərlə görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində deputatlar Humboldt-Berlin Universitetində fəaliyyət göstərən "Azərbaycan tarixi" kafedrasını da ziyarət edəcəklər.

Deputatların səfəri mayın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti