...

YAP-ın namizədi qeydə alındı

Siyasət Materials 12 May 2016 12:04 (UTC +04:00)
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun namizədliyi qeydiyyata alınıb.
YAP-ın namizədi qeydə alındı

Bakı. Elçin Mehdiyev - Trend:

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun namizədliyi qeydiyyata alınıb.

Bunu Trend-ə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, namizədliyin qeydə alınması üçün tələb olunan imzalar toplanılaraq müvafiq sənədlərlə birgə dairə seçki komissiyasına təqdim edilib və DSK sənədləri yoxlayaraq namizədliyi qeydə alıb.

S.Novruzov əlavə edib ki, təbliğat-təşviqat işinin aparılması üçün hazırlıqlar həyata keçirilir.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti