...

Merkel: Dünyanın humanitar prinsiplər üzrə yeni konsensusa ehtiyacı var (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2016 13:36 (UTC +04:00)
Dünyada humanitar prinsiplər üzrə yenilənmiş qlobal konsensusa ehtiyac var.
Merkel: Dünyanın humanitar prinsiplər üzrə yeni konsensusa ehtiyacı var  (ƏLAVƏ OLUNUB)

Bakı. Aygün Bədəlova, Maksim Tsurkov - Trend:

Dünyada humanitar prinsiplər üzrə yenilənmiş qlobal konsensusa ehtiyac var. Trend-in məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel I Ümumdünya Humanitar Sammitinin açılışında deyib.

Onun sözlərinə görə, son vaxtlar insan iztirablarının miqyası şoka salır.

Kansler bildirib ki, Almaniya humanitar yardıma, köməyə daha çox vəsait ayıracaq: "Bizə kritik və fövqəladə vəziyyətlərə reaksiya vermək üçün yaxşı maliyyə mexanizmləri lazımdır".

Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti