...

Çingiz Əsgərov: Vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli aparılır

Siyasət Materials 1 İyun 2016 15:44 (UTC +04:00)
Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, aşkar şəkildə aparılır.
Çingiz Əsgərov: Vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, aşkar şəkildə aparılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov İnsan Hüquqları üzrə İşçi Qrupunun bu gün Milli Məclisdə keçirilən iclasında deyib.

Ç.Əsgərov bildirib ki, Milli Məclisdə keçirilən ictimai dinləmələrdə, komitələrin iclaslarında, konfranslarda, seminarlarda, "dəyirmi masa"larda həmişə qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak edirlər və onların dəyərli rəyləri nəzərə alınır: "İşçi Qrupunda müzakirə olunan məsələlər də nəzərə alınır və lazımi qaydada təqdim olunur. Cənab Prezident İlham Əliyevin son bir neçə əfv sərəncamında məhz bu İşçi Qrupunda müzakirə olunan məsələlər öz əksini tapıb və buna görə də hesab edirəm ki, qrupunun fəaliyyəti çox səmərəli və faydalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti