...

Səməd Seyidov: İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq edilməməlidir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyun 2016 16:00 (UTC +04:00)
Bu gün Milli Məclisdə İnsan Hüquqları üzrə İşçi Qrupunun iclası keçirilib.
Səməd Seyidov: İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq edilməməlidir (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisdə İnsan Hüquqları üzrə İşçi Qrupunun iclası keçirilib.

Trend-in məlumatına görə, iclası giriş sözü ilə açan qrupun həmsədri, Milli Məclisin deputatı Səməd Seyidov İşçi Qrupunun indiyə qədər fəaliyyətini yüksək qiymətləndirib.

S.Seyidov bildirib ki, bəzi qüvvələr insan hüquqları məsələsindən istifadə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə cəhd edirdilər: "Onların insan hüquqlarının müdafiəsi pərdəsi altında təzyiq cəhdləri gözümüzün qabağında olub, lakin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə Prezidentinin mütəmadi əfv fərmanları həmin qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı".

O deyib ki, ümumiyyətlə, istər yeni demokratiyalarda, istər köhnə demokratiyalarda insan hüquqları ilə bağlı daim problemlər mövcud olub, bu gün də var: "Ona görə də bütün dövlətlər insan hüquqları məsələsini, bu yöndəki problemləri daim təhlil etməli və nəzərə almalıdır".

S.Seyidov vurğulayıb ki, Azərbaycan insan haqlarına, qanunun aliliyinə, demokratik prinsiplərə xüsusi münasibət göstərib, göstərir və bundan sonra da göstərəcək. O qeyd edib ki, buna növbəti bir sübut bu yaxınlarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistika aktı ilə bağlı təşəbbüs irəli sürməsidir: "Respublika Günü ərəfəsində, mayın 20-də Milli Məclis amnistiya aktını təsdiqləyərək 10 min adama həmin aktı şamil etdi".

Qrupun həmsədri bildirib ki, Azərbaycanda insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır: "Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqlarından - bu ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir".

S.Seyidov vurğulayıb ki, 2015-ci il martın 15-də imzalanan əfv fərmanı ilə 101 nəfər, 2015-ci il dekabrın 28-də imzalanan əfv fərmalı ilə 210 nəfər, 2016-cı il martın 17-də imzalanan əfv fərmanı ilə isə 148 nəfər azadlığa buraxılıb: "Ümumilikdə, əfv fərmanı ilə 459 nəfər azad edilib. Bu istiqamətdə İnsan Hüquqları üzrə İşçi Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının işi təqdirəlayiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti