...

Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək

Siyasət Materials 15 Sentyabr 2016 21:22 (UTC +04:00)
Gələn həftə Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı məqsədilə siyasi məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək.
Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək

Bakı. Trend:

Gələn həftə Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı məqsədilə siyasi məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək.

Trend-in məlumatına görə, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən qəbulda deyib. O bildirib ki, məsləhətləşmələr Bakıda baş tutacaq.

O, eyni zamanda bildirib ki, noyabr ayında azərbaycanlı iş adamları ticarət əlaqələri qurmaq üçün Meksikaya səfər edəcək.

Dağlıq Qarabağ münaqişəsindən danışan Lambardini qeyd edib ki, Meksika Azərbaycanın ərazi bütövlüyü və suverenliyini nəzərdə tutan BMT qətnamələrinə əməl etməyə çağırır.

Səfirin sözlərinə görə, Meksika ilə Azərbaycan arasında əlaqələr stabil inkişaf edir. Hər iki ölkənin neft və qaz istehsalçısı olduğunu deyən diplomat Meksika və Azərbaycanın öz regionlarında komersiya və loqistik haba çevrildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti