...

Elmar Məmmədyarov Nyu-Yorkda Amerika Yəhudi Komitəsinin prezidenti ilə görüşüb

Siyasət Materials 21 Sentyabr 2016 19:47 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.
Elmar Məmmədyarov Nyu-Yorkda Amerika Yəhudi Komitəsinin prezidenti  ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, C.Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” elan edilməsi haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti