...

Yetkinlik yaşına çatmayanlarla bağlı MDB dövlətlərinin əməkdaşlığı üzrə İcra Protokolu təsdiq edildi

Siyasət Materials 4 Oktyabr 2016 17:55 (UTC +04:00)
Nazirlər Kabinetinə bu İcra Protokolunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Yetkinlik yaşına çatmayanlarla bağlı MDB dövlətlərinin əməkdaşlığı üzrə İcra Protokolu təsdiq edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dair 2015-ci il oktyabrın 30-da Düşənbə şəhərində imzalanmış İcra Protokolunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə bu İcra Protokolunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi İcra Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti