Prezident İlham Əliyev və xanımı düşmən atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanış olublar (FOTO)

Prezident İlham Əliyev və xanımı düşmən atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində də olarkən vəziyyətlə maraqlanmışdılar. Dövlətimizin başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda da böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfərləri çərçivəsində Mahrızlı kəndinə gələrək evlərdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evinə baş çəkdilər.

Hərbi əməliyyatlar zamanı Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılıb. Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Sonra Azərbaycan Prezidenti və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı: Biz elə bu həyətdə may ayının 1-də görüşmüşdük. O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb.

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər.

Ona görə aprel döyüşlərində qələbəmiz bir daha demək istəyirəm ki, bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar.

Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərmişdir. Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstəriş verdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz – bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik.

Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər. Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də - aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir.

Bu gün isə tarixi bir gündür. Ona görə ki, o vaxt dağıdılmış evin yerində yenidən bu gözəl evin tikilməsi, digər evlərin tikilməsi, bərpası çox rəmzi məna daşıyır. Bu, bizim növbəti qələbəmizdir. Ermənilər Dağlıq Qarabağda zəbt etdikləri torpaqlardan qaçaraq orada nəinki binaları təmir edə, heç cürət edib o yerlərə qayıda bilmirlər. Biz isə bütün bu işləri qısa müddət ərzində gördük. Nəyə görə? Çünki biz xalqımızın rifah halının yaxşılaşması üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır. Əvvəlki illərdə də təbii fəlakətlər olub, zəlzələlər, daşqınlar baş verib. O hadisələr vaxtı da Azərbaycan dövləti vəsait ayırırdı. Həmin vəsait hesabına bütün evlər - minlərlə, bəlkə də on minlərlə ev bərpa edildi, yenidən tikildi. Bu dəfə də təkcə Tərtər və Ağdam rayonlarında mindən çox ev təmir edildi və tikildi.

Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Çünki Ağdam rayonunun böyük hissəsi işğal altındadır və bizim nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılmalıdır. Son illər ərzində Ağdamda 18 köçkün qəsəbəsi tikilib. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda qaçqın-köçkün şəhərciyi anlayışı yoxdur. Bu gün Ağdamda 90 mindən çox əhali yaşayır. Bu da çox yaxşı, sevindirici haldır. Digər bölgələrdə məskunlaşmış vətəndaşlar qayıdır. Onlar üçün şərait yaradılır. İstərdim ki, daha çox ağdamlı qayıtsın. Dövlət öz dəstəyini göstərəcək.

Burada iqtisadi inkişafla bağlı addımlar atılır. Xüsusilə kənd təsərrüfatı ilə bağlı. İnfrastruktur layihələri icra edilir. Bir neçə böyük kənd yolu layihəsi artıq icra olunubdur. Növbəti mərhələdə qalan layihələr icra ediləcək. Qazlaşdırma Ağdamda təxminən 100 faiz səviyyəsindədir. Ağdam rayonu bu göstəriciyə görə respublika üzrə bəlkə də ilk sıralardadır. Ağdam üçün xüsusi proqram nəzərdə tutulmuşdu və şadam ki, bu, icra edildi.

Digər infrastruktur layihələrinin icrası da gündəlikdədir. Növbəti mərhələdə suvarma ilə bağlı addımlar atılacaq. Yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün praktiki addımlar atılır. Siz bilirsiniz ki, indi kənd təsərrüfatının inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir. Pambıqçılıq, baramaçılıq, taxılçılıq istiqamətində çox ciddi addımlar atılır. Gözəl də nəticələr var. Növbəti illərdə nəticələr daha da yaxşı olacaq. Çünki gələn il Ağdam rayonunda 3 min hektarda pambıq əkiləcək. Baramaçılıq üçün tut tingləri dövlət tərəfindən alınıb gətirilir və insanlara verilir. İş yerlərinin, yeni istehsalat sahələrinin yaradılması təmin ediləcək. Kənd təsərrüfatı texnikası, gübrələr, yanacaq verilir. Bütün lazımi addımlar atılır. Sahibkarlara kreditlər verilir ki, bu istiqamətdə inkişaf daha da sürətli olsun. Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq. Biz buna nail olacağıq.

Yenə də deyirəm, bu gün çox əlamətdar, tarixi bir gündür. Çünki biz bu evin timsalında güclənən Azərbaycanı və onun mətin vətəndaşını görürük.

Mən bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o ağır günlərdə xalqa, dövlətə olan sədaqətinizi göstərmisiniz, qəhrəmanlıq göstərmisiniz. Bilin ki, Ağdam rayonunun inkişafı daim diqqət mərkəzindədir. Sizi bir daha salamlayır və təbrik edirəm.

Rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ağdamlılar adından minnətdarlığını bildirən 139 saylı Ağdam köçkün məktəbinin direktoru Nəzakət MƏMMƏDOVA dedi:

-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz.

Sizi Qarabağ torpağında, Ağdam torpağında görməkdən sonsuz qürur hissi duyuruq. İnanın səmimiyyətimizə, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Çünki Siz yenidən vaxt tapıb rayonumuza təşrif buyurmusunuz.

Cənab Prezident, bir Ali Baş Komandan kimi aprel hadisələri zamanı cəbhə bölgəsinə ömür-gün yoldaşınız Mehriban xanımla səfərinizlə bir daha sübut etdiniz ki, Siz bizim arxamız, dayağımızsınız. Həmin səfər insanlarda inam, dəyanət hissini, əsgərlərimizdə isə döyüş əzmini qat-qat artırdı. Bunun nəticəsində düşmən öz layiqli cavabını aldı. Xalqımız, millətimiz bildi ki, onun önündə məhz Prezidenti, dövləti durur. Elə buna görə də heç kəs öz doğma yurd-yuvasından, ev–eşiyindən bir an olsun belə ayrılmadı.

Cənab Prezident, biz Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk. Çünki aprel döyüşləri zamanı dağıdılmış evlərimiz, obyektlərimiz Sizin sayənizdə yenidən bərpa olundu. Mən üzümü Mehriban xanıma tutaraq deyirəm: Gərək öz ölkəni, Vətənini nə qədər çox sevəsən, tanıyasan ki, onun tarixi–mədəni irsini, mədəniyyətini dünyada bu qədər yüksək səviyyədə tanıda biləsən. Heydər Əliyev Fondunun prezidenti kimi Sizin təşəbbüsünüzlə muğamın beşiyi olan Ağdamda bu gün Muğam Mərkəzinin təməlinin qoyulması da bu istiqamətdə atdığınız vacib addımlardan biridir.

Cənab Prezident, bizim müqəddəs bir arzumuz var: İşğal olunmuş torpaqlarımıza tezliklə qayıtmaq! Biz əminik ki, o gün heç də uzaqda deyil.

Mən bir daha ağdamlılar adından Sizə, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımızı bildirirəm. Çox sağ olun ki, gəldiniz, bizə, ağdamlılara bu cür isti münasibət göstərdiniz. Qoy, bütün qələbələr və qalibiyyətlər Sizin olsun. Allah sizləri qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanda benzin istehsalı artıb
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək
Dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır - Pərvin Kərimzadə
Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
Bütün xəbərlər