...

Hüseyn Əlixanov: Azərbaycanın Avropa Şurası ilə əlaqələri genişlənib

Siyasət Materials 17 Yanvar 2017 10:43 (UTC +04:00)
Bakıda Avropa İttifaqının (Aİ) və Avropa Şurasının (AŞ) "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimat mərasimi keçirilir.
Hüseyn Əlixanov: Azərbaycanın Avropa Şurası ilə əlaqələri genişlənib

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda Avropa İttifaqının (Aİ) və Avropa Şurasının (AŞ) "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqdimat mərasimi keçirilir.

Trend-in məlumatına görə, tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, diplomatik korpusların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, ölkəmizin AŞ ilə ilkin əlaqələri ümummilli lider Heydər Əliyev tərəfindən qurulub, Azərbaycan quruma üzv olduqdan sonra isə əlaqələr genişlənməyə başlayıb. Onun sözlərinə görə, ötən müddət ərzində ölkədə seçki sistemi təkmilləşdirilib, məhkəmə sistemi, ədliyyə sistemində deyişiliklər aparılıb, qanunvericilik AŞ standartlarına uyğunlaşdırılıb.

H.Əlixanov bu layihənin AŞ-Azərbaycan əlaqələrinə töhfə verəcəyinə ümüdvar olduğunu bildirib.

AŞ-nın Bakı Ofisinin rəhbəri Draqana Filipoviç layihənin çox vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, layihə hakimiyyətlə əməkdaşlıq şəraitində hazırlanıb.

Aİ tərəfindən də geniş dəstək göstərilir. Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard penitensiar sahədə islahat səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məhkumlar üçün səhiyyə xidmətlərinin və həbsxanaların idarəolunması sahəsində ehtiyacların qiymətləndirilməsi məqsədi ilə Azərbaycanda səfərdə olan AŞ ekspertləri qurumun müvafiq sahələrə dair tövsiyələrinin və prinsiplərinin icmalını təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti