Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub və hazırda qarşımızda bu münasibətlərin möhkəmləndirilməsi vəzifəsi dayanıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canilidze ilə birgə brifinq zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Gürcüstan bu il GUAM-da sədrlik edir və biz bu gün bu regional təşkilat çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”.
Nazirin sözlərinə görə, danışıqlar zamanı mövzulardan biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin qısa zamanda icra olunmasına həsr olunub.