...

Azərbaycan səfiri İtaliya televiziyasında ölkəmizin inkişaf strategiyasından danışıb (FOTO)

Siyasət Materials 3 Mart 2017 13:50 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Kataniya şəhərinin televiziya kanalına müsahibə verib.
Azərbaycan səfiri İtaliya televiziyasında ölkəmizin inkişaf strategiyasından danışıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın İtaliyadakı səfiri Kataniya şəhərinin televiziya kanalına müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Kataniya şəhərində səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə yerli “Globus Television” televiziya kanalının “Üz-üzə” verilişinin qonağı olub.

Jurnalist Antonella Qulyelminonun aparıcılıq etdiyi verilişdə M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin reallıqları, Azərbaycanın inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, habelə Azərbaycan-İtaliya əməkdaşlığı və Siciliya regionu ilə iqtisadi-mədəni əlaqələrin inkişafı imkanları mövzularında sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti