...

Ekspert: Türkiyə ona düşmən münasibət bəsləyən Avropanın qərarlarına əhəmiyyət vermir

Siyasət Materials 28 Aprel 2017 12:25 (UTC +04:00)
Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir.
Ekspert: Türkiyə ona düşmən münasibət bəsləyən Avropanın qərarlarına əhəmiyyət vermir

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir.

Bunu Trend-ə Türkiyənin “Kafkassam” strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib.

Onun sözlərinə görə, Avropa artıq uzun illərdir ki, Türkiyəyə qarşı mənfi münasibət bəsləyir:

“Türkiyə artıq Avropaya rəğbət bəsləmir. Türkiyə xalqının ona ehtiyacı yoxdur. Türkiyə Avropanın qərarlarına əhəmiyyət vermir və yalnız ona hörmət bəsləyən ölkələrlə əməkdaşlıq edəcək”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti