Səfir: İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək

Səfir: İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək

Bakı. Trend:

Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında yayımlanan “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” məqaləsində bildirib.

Məqaləsində diplomat ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı dinamikası barədə fikirlərini və müşahidələrini bölüşüb:

"1998-ci ildə təhsil almaq üçün ilk dəfə İtaliyaya gələndə təsəvvür etməzdim ki, 19 il sonra Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə məqalə yazacağam. Hazırda İtaliyada 3-cü dəfə uzunmüddətli təcrübəmi yaşayıram. Buradakı təcrübələrim müxtəlif vaxtlara təsadüf etsə də, onlar arasındakı oxşarlıq hər dəfə Azərbaycanla İtaliya arasında münasibətlərin keyfiyyətcə yeni hüdudlar əldə etməsinin, hazırda isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin şahidi olmaqdır".

O bildirib ki, İtaliya Azərbaycanda hər zaman çox sevilən ölkə olub:

"Ölkəmdə İtaliya dedikdə qədim tarix, zəngin mədəniyyət, təkrarolunmaz musiqi, incəsənət, kino, təbiət, mətbəx, moda yada düşür. Bir də Neapol, çünki bu şəhər 1972-ci ildə doğma Bakım ilə qardaşlaşıb. Lakin Azərbaycan-İtaliya arasında təmaslar qədim tarixə malikdir: bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması, XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri, orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur. 1918-1920-ci illərdə İtaliya müsəlman şərqində ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurub və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərib. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi an ölkəm Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, sosial çətinliklər kimi mürəkkəb problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün problemlərin həllinin başlıca yollarından biri də beynəlxalq aləmlə əlaqələrin qurulması idi. 1 yanvar 1992-ci il tarixində İtaliya Azərbaycanın müstəqilliyini tanıdı, 8 may tarixində isə iki ölkə arşında diplomatik əlaqələrin əsası qoyuldu. Elə ilk dövrdən başlayaraq iki ölkə arasında təmaslar Azərbaycan üçün iki önəmli mövzu ətrafında cərəyan etməyə başladı: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın neft və qaz sektorunun inkişafı. Bu münaqişənin nizamlanması üzrə fəaliyyət göstərən ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri İtaliyanın xarici işlər nazirinin müavini Mario Raffaelli oldu. 1992-1993-cü illərdə İtaliyanın sədrliyi dövründə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması istiqamətində göstərilən səylər təəssüf ki, öz nəticəsini vermədi. Eyni zamanda, 1995-ci ildən etibarən İtaliyanın ENİ şirkəti Azərbaycanın neft və qaz yataqlarının işlədilməsi üzrə bir sıra layihələrə cəlb olundu ki, bu da Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığın bünövrəsini qoydu. Azərbaycanın siyasi, iqtisadi və strateji önəmini nəzərə alaraq 1997-ci ildə İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda səfirliyinin təsis edilməsinə qərar verdi".

M.Əhmədzadə qeyd edib ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri, səfər çərçivəsində İtaliyanın siyasi rəhbərliyi və işgüzar çevrələri ilə apardığı müzakirələr, imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verdi:

"Səfər vaxtı, eləcə də Prezident Heydər Əliyevin İtaliya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr o zamanlar Azərbaycan üzərində mövcud olan informasiya blokadasının yarılması və ölkəmlə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən əhəmiyyətli olmuşdur. 1998-ci ildə İtaliyaya təhsil almaq üçün ilk gəlişim iki ölkə arasında münasibətlərin belə bir önəmli dövrünə təsadüf edirdi. ENİ qrupuna daxil olan Milandakı Scuola Superiore Enrico Mattei-də magistraturada təhsil alarkən İtaliyanın iqtisadi və elmi-akademik dairələrinin Azərbaycanın əhəmiyyətini anladıqları və İtaliya üçün vacib tərəfdaş olduğu mövqeyindən çıxış etdiklərinin şahidi olmağım İtaliyada təhsil alan ilk azərbaycanlılardan biri kimi məni hədsiz qürurlandırırdı. Əlbəttə ki, İtaliyada ölkəmizlə bağlı belə bir mövqeyin formalaşması Prezident Heydər Əliyevin İtaliyaya səfərinin nəticəsi idi. İtaliyaya növbəti dəfə 2003-cü ildə gəldim. Azərbaycan İtaliyada səfirliyini təsis edirdi və mən də ölkəmin İtaliyada ilk diplomatik heyətinin tərkibində idim. Azərbaycan və İtaliya münasibətlərində yeni səhifə açılırdı, Azərbaycanın əhəmiyyəti barədə fikirləri artıq bu dəfə paytaxt Romada İtaliya siyasətini müəyyənləşdirən və ona təsir edən nüfuzlu siyasətçilərdən eşidirdim. 2005-ci ildə Prezident İlham Əliyevin İtaliyaya ilk rəsmi səfərinin təşkili təcrübəsini yaşamaq şərəfinə nail oldum. Bu səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Növbəti illər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Prezident İlham Əliyevin 2008, 2014 və 2015-ci illərdə İtaliyaya səfərləri, 2013-cü ildə isə İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasını təmin etmişdir. Xüsusilə də, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olmasını nümayiş etdirmişdir. İqtisadi əlaqələr də geniş hüdudlar əldə etmişdir. Artıq 10 ildən çoxdur ki, İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir. Bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin, o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı, orta və kiçik sahibkarlarının sayı artmışdır. Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirmişdir. TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq. Heydər Əliyev Fondunun İtaliyada bəşəriyyətin maddi irsi olan tarixi abidələrin qorunması, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər iki ölkə arasında humanitar sahələrdə əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir. Habelə iki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır".

Diplomat deyib ki, 2016-cı ilin əvvəlindən İtaliyaya hazırki dönüşüm məhz Azərbaycan-İtaliya münasibətlərində belə bir önəmli dövrə təsadüf edirdi:

"Son bir il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlərdə dinamika davam etmişdir. Azərbaycanın energetika nazirinin, xarici işlər nazirinin İtaliyaya səfərləri, İtaliyanın xarici işlər nazirinin, təhsil nazirinin, iqtisadi inkişaf nazirinin, Nazirlər Kabinetinin dövlət katibinin, mədəniyyət nazirinin müavinlərinin, XİN-in baş katibinin, parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri həyata keçirilmişdir. Bir ildən də az müddət ərzində Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası kommissiyanın dördüncü iclası, iki dəfə ikitərəfli Biznes Forumlar, iqtisadiyyat, mədəniyyət, akademik sahələrdə coxsaylı konfranslar və tədbirlər təşkil olunmuşdur. Azərbaycan və İtaliya diplomatik münasibətlərinin 25-ci ildönümünü qədim tarixi əlaqələrə, möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa malik strateji tərəfdaşlar kimi qeyd edirlər. Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə bəşəriyyətin beşiyi olan İtaliya ilə arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanacaq Cənubi Qaz Dəhlizidir. Əməkdaşlıq, inkişaf və rifah isə sülh və sabitlikdən keçir. Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq”.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Loading Bars
Xəbər lenti
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Seçki dairələri və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
Bütün xəbərlər