Bakı. Anaxanın Hidayətova - Trend:
Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarında siyasi səbəb axtarmaq lazım deyil.
Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının rəhbəri, politoloq, məşhur ictimai xadim Nikita İsayev deyib.
Onu sözlərinə görə, heç bir şeyə baxmayaraq tərəflər arasında əməkdaşlığın bütün sahələrində fəaliyyət davam edir. “Hazırda Rusiya və Azərbaycan ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni konsepsiyalar hazırlayır. Bu qərar Rusiya-Azərbaycan münasibətlərinin inkişafını heç bir şəkildə əks etdirmir”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.