...

Səfir: Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır

Siyasət Materials 1 İyun 2017 18:22
Azərbaycan Bolqarıstanın vacib strateji və iqtisadi tərəfdaşıdır
Səfir: Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır

Trend-i buradan izləyin

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan Bolqarıstanın vacib strateji və iqtisadi tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın Bakıdakı səfiri Maya Xristova iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan və Bolqarıstan arasında münasibətlər fəal şəkildə inkişaf edib: “Bütün bunlar 2015-ci ildə Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasına gətirib çıxarıb”.

M.Xristova qeyd edib ki, iki ölkə arasında, xüsusuilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük rol oynayıb.

Səfir Heydər Əliyev Fonduna Bolqarıstanın Veliko-Tırnovo şəhərində “Trapezitsa” muzey-qoruğunun restavrasiyasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti