Prezident İlham Əliyev Cocuq Mərcanlıda yeni inşa olunan məktəblə tanış olub (FOTO)

Prezident İlham Əliyev Cocuq Mərcanlıda yeni inşa olunan məktəblə tanış olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış oldu.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və ikinci korpusun komandiri Mayis Barxudarovla görüşdü.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.

Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.

Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Sənan Əsədov dedi:

-Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu gün Sizinlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görüşmək bizim üçün şərəfdir. Cocuq Mərcanlı kəndində görülən işlər və yaradılan şərait ölkəmizdə hər bir sahədə gedən dinamik inkişafın bariz nümunəsidir. İnkişaf hərb sahəsində də özünəməxsus şəkildə gedir. Bu inkişafa, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bütün hərbi qulluqçular adından dərin minnətdarlığımızı bildiririk.

Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda verəcəyiniz hər bir əmrə mən və bütün hərbi qulluqçular daim hazırıq.

X X X

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Rəşad Alıyev dedi:

-Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini olaraq, bu gün burada Sizinlə görüşməyimlə fəxr və qürur hissi keçirirəm. Valideynlərim Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri olsalar da, təəssüf hissi ilə bildirirəm ki, məcburi köçkün kimi Biləsuvar rayonu ərazisində yerləşən çadır şəhərciyində doğulmuşam. Ulu öndər Heydər Əliyevin apardığı siyasət və səyi nəticəsində 1994-cü ildə Cocuq Mərcanlı kəndinin və Sizin rəhbərliyiniz altında isə 2016-cı ildə aprel döyüşlərində bir çox strateji yüksəkliklərin erməni işğalından azad edilməsi biz kursantları daha da ruhlandırdı. Sizin Sərəncamınızla Cocuq Mərcanlıda yeni evlər, məktəb inşa edilmişdir. Bunun üçün Sizə Cocuq Mərcanlı kəndinin sakinləri adından minnətdarlığımızı bildiririk. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda Sizin rəhbərliyiniz altında Vətən torpaqlarını işğaldan azad etməyə hər an hazırıq.

X X X

Prezident İlham Əliyev: Sağ olun. Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi.

Bu gün biz Cocuq Mərcanlıda yeni gözəl mərhələnin başlanğıcını qeyd edirik. Yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir. Növbəti mərhələdə ən azı 100 əlavə ev tikiləcək və Cocuq Mərcanlı kəndinin sakinləri buraya qayıdacaqlar. Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar.

Sizə uğurlar diləyirəm. Sizi bu tarixi hadisə münasibətilə təbrik edirəm və Azərbaycan Ordusuna yeni qələbələr arzulayıram. Sağ olun.

X X X

Qeyd edək ki, məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar salınıb. Bu məktəbdə dərs deyəcək müəllimlər və təhsil alacaq uşaqlar indi ikiqat sevinc hissi keçirirlər.

AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
Loading Bars
Xəbər lenti
Türkiyədə zəlzələ qeydə olunub
Trend BİA və Qırğızıstanın "Kabar" agentliyinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib
Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir
Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib
Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir - Ekspert
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
Ceyhun Bayramov “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Goranboyda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
Azərbaycanda 2 414 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
Rusiyada koronavirusdan ölənlərin sayı 103 min nəfərə çatır
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Füzuli rayonunun Aşağı Rəfədinli kəndi (VİDEO)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
Bütün xəbərlər