...

Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 27 İyun 2017 15:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti