...

Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 17 Oktyabr 2017 15:35 (UTC +04:00)
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti