...

Deputat: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır

Siyasət Materials 31 Oktyabr 2017 10:54 (UTC +04:00)
Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atdı.
Deputat: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır

Bakı. Samir Əli - Trend:

Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atdı.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərəcək. Bu çox mühüm bir hadisədir. Bu layihə ilə Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeləri daha da güclənəcək, hər 3 ölkə böyük maliyyə əldə edəcək. Bu hadisə Azərbaycanın ixrac imkanlarını yüksəldəcək. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da gücləndirəcək. Bu proses dünyaya həm də onu göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə olan bütün layihələr təsdiqini tapır və reallaşır. Bu layihə Azərbaycanın daha bir tarixi addımıdır. Layihənin reallaşması həmin xətt boyunca ölkələrin Azərbaycanla əməkdaşlığının daha da möhkəmlənməsinə səbəb olacaq".

E.Nəsirov bildirib ki, layihə regionda əməkdaşlığa xidmət edən bir addımdır: "Ermənistan isə bu layihənin reallaşmasını matəm içərisində qarşılayıb. Ermənistan mətbuatı etiraf edir ki, Serj Sarkisyanın siyasəti nəticəsində iqtisadiyyat iflas vəziyyətinə düşüb, ölkə blokada vəziyyətindədir və əhalinin yoxsulluq səviyyəsi sürətlə artır. Bu layihə ilə Gürcüstan, Azərbaycan və Türkiyənin güclənməsi Ermənistanı daha da iflic vəziyyətinə salacaq".

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti