...

Özbəkistanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Siyasət Materials 16 Noyabr 2017 09:41 (UTC +04:00)
Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib.
Özbəkistanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində A.Azizovun Azərbaycan Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti