...

Azərbaycan Prezidenti Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib (YENİLƏNİB)

Siyasət Materials 27 Noyabr 2017 18:08 (UTC +04:00)
Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram".

Azərbaycan Prezidenti Albaniya Prezidenti İlir Metaya da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti