...

Çexiyanın Azərbaycandakı səfiri fəaliyyətini Rusiyada davam etdirə bilər

Siyasət Materials 31 Dekabr 2017 15:15 (UTC +04:00)
Vladimir Remek Çexiyanın Rusiyada səfiri vəzifəsini tərk edir.
Çexiyanın Azərbaycandakı səfiri fəaliyyətini Rusiyada davam etdirə bilər

Bakı. Trend:

Çexoslovakiyanın ilk kosmonavtı, SSRİ və ÇSSR Qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyada səfiri vəzifəsini tərk edir.

Trend-in məlumatına görə, V.Remek bu postda 4 il çalışıb. Onun mümkün xələfi Vitezslav Pivonka ola bilər.

V.Pivonka 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfirliyinə rəhbərlik edir və tezliklə Bakıdan Moskvaya gedəcəyi bildirilir.

Bundan əvvəl yerli KİV-lər məlumat verirdi ki, 2018-ci ildə 70 yaşı olacaq V.Remek öz istəyi ilə istefaya gedir və vətənində ailəsinə daha çox vaxt ayırmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti